Andiçmə mərasimindən sonra Putin bu 2 şəxslə görüşdü

Andiçmə mərasimindən sonra Putin bu 2 şəxslə görüşdü

İnauqurasiya mərasimindən sonra Rusiya Prezidenti Vladimir Putin Kremldə Təcili Uşaq Cərrahiyyəsi və Travmatologiyası Elmi-Tədqiqat İnstitutunun prezidenti Leonid Roşal və onun məktəb müəllimi Vera Qureviç ilə görüşüb.
 

Sfera.az xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi məlumata görə; həm Roşal, həm də Qureviç prezidentin andiçmə mərasiminə dəvət olunanlar arasında olub.

Görüş zamanı Roşal Putinə “əla fiziki formada olduğunu” deyib.


“Bu gün siz bu marafonda nəfəs darlığı olmadan pilləkənlərlə qalxdınız, hər şey qaydasındadır”, - deyən həkim həm də fəlsəfi cizgilərdən və məhəbbətdən bəhs edən şeirlərdən ibarət “Keçərkən” kitabını dövlət başçısına hədiyyə edib.
 

İnauqurasiya mərasimi bu gün Moskva Kremlində baş tutub. Beləliklə Putin beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb.

 

Əzizə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR