Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a cavab olaraq bildirilib.

 

İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib.

 

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


OXŞAR XƏBƏRLƏR