Vətən Müharibəsi və tarixi qələbənin yaddaşımıza HƏKK ETDİKLƏRİ

Vətən Müharibəsi və tarixi qələbənin yaddaşımıza HƏKK ETDİKLƏRİ
27 sentyabrda Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə start verdikdən sonra Azərbaycan ordusu mülki əhalini qorumaq və ərazi bütövlüyünü bərpa etmək məqsədilə uğurlu əks-hücum əməliyyatı başlatdı. 
 
Sfera.az xəbər verir ki, bununla da işğal olunmuş ərazilərin böyük bir hissəsi düşmən işğalından azad edildi. Bu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun tarixi qələbəsi deməkdir.

Təxribat xarakterli suallara məharətlə cavab verən Prezident...

Vətən Müharibəsi dövründə Prezident bir çox nüfuzlu xarici media nümayəndələrinə müsahibələr verərək Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistanın yalanlarını ifşa etdi. Bir sıra təxribat xarakterli suallara məharətlə cavab verən Prezident bir daha özünün siyasi-diplomatik bacarığını nümayiş etdirmiş oldu. Azərbaycan Prezidentinin çıxışları, müsahibələri Azərbaycanın haqq səsinin dünya ictimaiyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynadı.

Öz müsahibələrində Prezident İlham Əliyev 44 gün ərzində Ermənistanın nəinki cəbhəyanı bölgədə olan şəhərlərimizi, kəndlərimizi hədəfə aldığını, eyni zamanda döyüş bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrimizi vurduğunu qeyd etdi.

Prezident onu da qeyd etdi ki, Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinin olması üçün və xalqı didərgin salmaq səbəbilə qəsdən ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə edir.

Bəzi jurnalistlərin guya Azərbaycan tərəfində muzdluların vuruşması suallarına cavab olaraq ölkə başçısı qeyd etdi ki, Azərbaycanın 100 minlik nizami ordusu var və heç bir kənar dəstəyə ehtiyacı yoxdur. Əksinə, Ermənistan müxtəlif ölkələrdən çoxsaylı muzdlular və terrorçuları cəlb edərək onlardan Azərbaycana qarşı istifadə edir.  

İlham Əliyev onu da bildirirdi ki, Azərbaycan ordusu öz yüksək texnoloji silahları ilə Ermənistandan fərqli olaraq yalnız legitim hərbi hədəflərə zərbələr endirir.

Xarici ölkələrin müharibənin hərbi yolla həllinə inamsızlığı, Makron tərəfkeşliyi...

Fransa Prezidenti E.Makron Prezident İlham Əliyev ilə telefon təmaslarında Minsk Qrupunun həmsədri kimi bitərəfliyini və obyektivliyini pozaraq Ermənistanın maraqlarını irəli çəkməyə çalışdı. Lakin həmlələrə baxmayaraq Prezident İlham Əliyev qətiyyətlə Azərbaycanın mövqeyini müdafiə etdi. Ali Baş Komandan Vətən Müharibəsi dövründə bu kimi bir sıra təzyiqlərə mətanətlə sinə gərdi.

Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev "Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi.

Vətən Müharibəsi və ondan sonra Fransa, Niderland və Belçika kimi ölkələrin parlamentlərində Azərbaycan və qardaş Türkiyəni hədəfə alan qərəzli qətnamə layihələri, eləcə də digər təşəbbüslər irəli sürülüb və qəbul olunub. Belə təşəbbüslərin müəllifləri əksər hallarda ultra-sağçı, ultra-millətçi və İslamofob partiyaların və dairələrin nümayəndələri olub.

Azərbaycan tərəfindən tarixi ədalətin bərpa edilməsi, beynəlxalq hüququn aliliyinin bərqərar edilməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasının təmin edilməsi istiqamətində əldə etdiyi uğurlarla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentlərdə mütəmadi olaraq mövzunu süni şəkildə şişirdib, öz hökumətlərinə müxtəlif təxribat xarakterli suallar ünvanlayıb, müxtəlif təşəbbüslərlə çıxış ediblər.

Prezident İlham Əliyev belə ədalətsiz qərarların qəbul edilməsini bu ölkələrin Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdə daha sıx əlaqələr qurmasına kömək etməyəcəyini dəfələrlə vurğulayıb.

Dövlət başçısı bildirib ki, işğal olunmuş ərazilərdəki dini abidələrin və məscidlərin kütləvi surətdə dağıdılması Ermənistanın islamofob mahiyyətinin göstəricisidir və onun dostluq etməyə çalışdığı müsəlman ölkələri tərəfindən nəzərə alınmalıdır. 


İşğalçını "Sülhə məcburetmə” əməliyyatı

Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Güc amili beynəlxalq münasibətlərdə ön sıraya çıxır. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn normaları çərçivəsində istifadə etdi. Bu işğalçını "Sülhə məcburetmə” əməliyyatı idi.

Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət Azərbaycanın Vətən Müharibəsinin beynəlxalq hüquqa uyğun olduğunu anlayışla qəbul etdi.

Vətən Müharibəsi bir daha Azərbaycan Prezidentinin müdrik və qətiyyətli dövlət başçısı, cəsur sərkərdə və mahir diplomat olduğunu sübut etdi.

BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycana zidd qətnamə qəbul etmə istəyi puç oldu

BMT Təhlükəsizlik Şurasının ATƏT-in Minsk Qrupu həmsədr ölkələrindən olan üzvləri tərəfindən TŞ-nin məlum qətnamələrinə istinad olmayan, Azərbaycanın marağına uyğun gəlməyən sənəd qəbul etmək cəhdi zamanı TŞ-nin Qoşulmama Hərəkatından olan üzvləri ölkəmizin haqlı mövqeyini dəstəkləmiş və bu sənədin qəbuluna imkan verməmişdi. Bu, İlham Əliyevin növbəti diplomatik qələbəsi oldu. 
 
Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalanması ilə münaqişə başa çatdı. Ermənistan kapitulyasiyaya uğradı. Həmin bəyanatla Azərbaycanın işğalda olan digər əraziləri də azad edildi. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll olundu.

Prezident aydın şəkildə bildirdi ki, Dağlıq Qarabağa heç bir status verilməyəcək.

Böyük Zəfər: regionun aparıcı siyasi gücünün dünyaya sübutu

Mövcud qələbə Azərbaycanı beynəlxalq münasibətlər sistemində regionun aparıcı siyasi və hərbi gücü kimi təsbit etdi. İşğalın sona çatması regionda yeni geo-siyasi reallıqlar yaratmaqla bölgədəki bütün xalqların sülh, əmin-amanlıq, inkişaf və iqtisadi rifahı üçün yeni imkanlar yaratdı.

18 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin zirvə görüşündə Prezident İlham Əliyev qeyd etdi ki, regionda artıq yeni reallıq yaranıb. Prezident vurğuladı ki, "Azərbaycan Qarabağı bərpa edəcək, dirçəldəcək və dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcək". 

Sfera.az
Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...