Ukraynanı müdafiə edən cütlük “Azovstal”da belə öldürüldü - Azyaşlı oğulları ata-anasız qaldı

Ukraynanı müdafiə edən cütlük “Azovstal”da belə öldürüldü - Azyaşlı oğulları ata-anasız qaldı
Mariupol uğrunda döyüşlərdə Donbassdan olan gənc ər-arvad Alla və Vitali Taranovlar "Azovstal”da Rusiya hərbçiləri tərəfindən öldürülüb.
 
Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə "Azov” alayının komandiri Svyatoslav Palamar deyib:
 
"Bu ailə mənə çox yaxın idi. Taran Alla və Taran Vitali burada, Mariupolda öldülər.  Onların azyaşlı oğulları atasız-anasız qaldı. İkisi də Krasnoqorovkadan idilər. 2014-cü ildə buradan gedib, "Azov” alayı yaradılandan isə könüllü olaraq gəlmişdilər. Alla kargüzar, Vitali isə maliyyə rəisi olub. Burada onlar mətbəxdə işləyirdilər. Sonra xidmətə yazıldılar. Vİtali döyüşlərin birində yaralansa da, xəstəxanaya getməyib, öz bölməsində qalmışdı”.


 
"Alla bərbər işləyib, manikür də edirdi. O ətrafdakı hər şeyin gözəl olmasını istəyirdi. Vitali də həmişə özündən çox başqaları haqda düşünürdü. Onun gözəl səsi var idi və çox gözəl oxuyurdu”, - Palamar qeyd edib.
 
S.Palamar bildirib ki, Vitali Taran aprelin 15-də həlak olub, mayın 8-də isə Rusiya ordusunun atdığı bomba Allanı da öldürüb.

 
Gülay
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

  Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...