Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb. 


Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl iqtisadiyyat”a keçiddə misə tələbin artmasıdır. 


Bazar iştirakçıları tələbin artması ilə bağlı optimistdirlər, çünki elektrik nəqliyyat vasitələrində, bərpa olunan enerji mənbələrində və genişləndirilən elektrik şəbəkələrində istifadə üçün qarşıdakı illərdə misə milyonlarla ton yeni tələb yaranacaq. Tələbin bu qədər artması ilə əlaqədar iri mədənlərin tikintisinə və ya genişləndirilməsina ehtiyac yaranacaq.


Misin qiyməti 10 min dollar səviyyəsinə sonuncu dəfə 2022-ci ildə yüksəlmişdi. Sonrakı dövrdə misin dəyəri 7 min dollar qədər endi. Misin qiymətində yenidən yüksəlmə 2023-cü ilin oktyabrından müşahidə olunur. 


Sənayenin bu sahəsi üzrə fəaliyyət göstərən qlobal şirkətlərin proqnozuna əsasən, artan tələbi istehsalın ödəyə bilməsi üçün misin qiyməti 12 min dollara çatmalıdır. Bu qiymət istehsalın genişləndirilməsini həvəsləndirəcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR