KİV: \"Blinken İsrailə səfər edəcək\"

KİV: \

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.

 

Medianın xəbərinə görə, ABŞ dövlət katibi aprelin 30-da İsrailə gedəcək.

 

Bu, HAMAS-ın 7 oktyabrda İsrailin cənubunda törətdiyi qırğından sonra Blinkenin bölgəyə yeddinci səfəri olacaq.

 

"KAN" radiosu isə məlumat yayıb ki, Blinken İsrail ordusunun Rəfahda gözlənilən əməliyyatı, həmçinin döyüşlərin dayandırılması və oktyabrın 7-dən bəri Qəzzada saxlanılan 100-dən çox girovu azad etmək üçün razılaşma əldə etmək səylərini müzakirə etmək üçün İsrailə gəlir.


OXŞAR XƏBƏRLƏR