Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.

 

Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonlar maddələr mübadiləsini tənzimləyir, bədəni isti saxlayır, ürəyin və əzələlərin normal işləməsini təmin edir.

 

“Zob xəstəliyi zamanı bədəndə əmələ gələn əks cisimlər gözün əzələlərini, göz ətrafı yumşaq toxumaları özünə hədəf seçir. Statiskaya görə, qalxanabənzər vəzi xəstəliklərinə 30-60 yaş arasında qadınlarda daha çox rast gəlmə səbəbi hamiləlikdə ən çox üzərinə yük, gərginlik düşən orqanlardan birinin qalxanabənzər vəzinin olmasıdır. Bəzən qalxanabənzər vəzi sadəcə zədələnir, nəticədə onun həcmi böyüyür”.

 

Qurum xəstəliyin yaranma səbəblərini də qeyd edib:

 

“Xəstəliyin yaranma səbəblərinə irsiyyət, travmalar (psixi və fiziki), qalxanvari vəzidə aparılan operativ müdaxilə, vəzin iltihabı, radioaktivyodla aparılan müalicə, yaxud endemik və ya sporadik ürün yodla uzun müddət düzgün aparılmayan müalicə aid ola bilər. Vəzin ölçülərinə görə hipertrofik və atrofik, funksiyasına görə isə hipertireodit, eutireodit və hipotireodit olur. Morfoloji proses ocaqlı və ya diffuz şəkildə ola bilər. Autoimmun tireoditi konservativ və operativ üsullarla müalicə edirlər. Patogenetik müalicə autoimmun prosesə təsir edib, vəzi toxumasına qarşı antitel əmələ gəlməsinin qarşısını almaqdan ibarətdir”.

 

Bildirilib ki, xəstəlik vaxtında aşkar edilib düzgün müalicə aparılmadıqda vəzi toxuması tamamilə birləşdirici və limfoid toxuma ilə əvəz olunandan sonra dərman müalicəsi heç bir effekt vermir:

 

“Bu zaman operativ müdaxilə tələb olunur”.

 

Günay


OXŞAR XƏBƏRLƏR