Ukraynada Suriya ssenarisi təkrarlana bilərmi? - Açıqlama

Ukraynada Suriya ssenarisi təkrarlana bilərmi? - Açıqlama
Ukrayna-Rusiya münasibətləri günü-gündən gərginləşir. NATO-nun qəti şəkildə məsələlərə müdaxilə etməsi, yaxud açıq şəkildə Ukraynanı bütün istiqamətlər üzrə dəstəkləməsi regionda müharibə ehtimalını artırır.

Maraqlıdır, indiki halda Ukrayna-Rusiya arasında müharibə ehtimalı Qara və Xəzər dənizləri regionlarına təsir edəcəkmi? Güc mərkəzləri burada öz maraqları naminə Suriya ssenarisini təkrarlaya bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, Ukrayna-Rusiya arasında gərginlik hər an müharibə sferasına keçə bilər:
 
"Ümumiyyətlə hazırda Ukraynada müharibənin getdiyini demək olar. Sadəcə, bu, kiçikçaplı müharibədir. Son hadisələr onu göstərir ki, proseslər daha böyük müharibəyə doğru gedir. Türkiyə tərəfləri uzlaşdırmaq üçün vasitəçilik təklif etsə də, Kreml bu təkliflə razılşamır. Bu da ondan xəbər verir ki, Rusiya Ukrayna ilə müharibədə israrlıdır.
 
Təbii ki, mövcud gərginlikdə ABŞ faktoru da var. ABŞ-ın Rusiya ilə birbaşa müharibəyə girəcəyini gözləmirəm. Bununla belə Vaşinqton NATO ilə birlikdə Ukraynaya dəstək verəcək. Rəsmi Kiyev ehtimal edilən müharibə zamanı ABŞ və NATO-nun ən müasir silahları, döyüş taktikası və komandanlarının dəstəyini alacaq”.
 
T. Rzayevin sözlərinə görə, Türkiyə Ukraynada müharibənin olmasını istəmir:

"Məsələ ondadır ki, hazırda ABŞ-ın Qara dənizdə 6-dan çox sualtı qayığı, 3 kreyseri, bundan başqa Yunanıstanda yüzlərlə hərbi texnikası var. Digər tərəfdən, NATO-nun Rumıniyada böyük bir hərbi bazası da var. Bütün bunları nəzərə alıb deyə bilərik ki, gələcəkdə Ukraynada Suriya ssenarisi baş verə bilər.
 
O ki qaldı Türkiyəyə, rəsmi Ankara Qara dənizdə hadisələrin gərginləşməsini istəmir. Türkiyə Qara dənizin barıt çəlləyinə dönməsinə, Yunanıstanın hərbi baza olmasından narahatdır. Türkiyə həm Yunanıstanın cəsarətlənməsini, həm də sərhədlərində yeni aktiv münaqişəsinin olmasını arzulamır”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...