Ukraynada azərbaycanlı ailə aviazərbənin qurbanı oldu - Ailənin 3 üzvü öldü/FOTO

Ukraynada azərbaycanlı ailə aviazərbənin qurbanı oldu -  Ailənin 3 üzvü öldü/FOTO
Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib.

Sfera.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.

Qoşqar Fərzəliyevin yaxınları Modern.az-a bildiriblər ki, onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.
 
Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.

Q. Fərzəliyev həmin vaxt orada olmayıb.

Qeyd edək ki, Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələb idi. Onlar Ukrayna vətəndaşları olublar.

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...