Uğursuz ekspertlər həm özlərini, həm də medianı nüfuzdan salır - Kimdir günahkar?

Uğursuz ekspertlər həm özlərini, həm də medianı nüfuzdan salır - Kimdir günahkar?
Mediaya açıqlama verən ekspertlərin proqnozları bir çox hallarda özünü doğrultmur və bu hal ekspert rəyinə ictimai etimadı zədələyir. Xüsusilə də gənc ekspertlərin şərhləri daha çox qınanılmaqdadır.

Maraqlıdır, ekspert kimə deyilir? Uğursuz ekspertlərin cəmiyyətə təqdim edilməsinin qarşısını necə almaq olar?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan media məsələləri üzrə ekspert Zeynal Məmmədli ekspertlərin jurnalistlər tərəfindən yetişdirilməli olduğunu bildirib:

"Ekspertlərin müəyyənləşdirilməsi birbaşa media orqanlarının işidir. Jurnalistər ekpsertləri günahlandırmaqdansa, özlərini günahlandırmalıdırlar. Çünki ekspertləri məşhur edən, tanıdan onlardır. Jurnalist eksperti yalnız seçməli yox, həm də gələcək üçün yetişdirməlidir. Belə ki, ekspertlər jurnalistlər tərəfindən söz yığcamlığı, açıqlamanın normalarına görə nizamlanmalıdır. Lakin bizim media bu gün bir-birinin təkrarıdır, bir mətbuat orqanı hansısa mütəxəssisi tapıb danışdırsa bilirsə, digəri də asanlıq baxımından həmin ekspertə üz tutur. Bunun bir səbəbi qeyri-peşəkarlıqdırsa, bir səbəbi də mediada maaşların çox aşağı olmasıdır. Yəni jurnalistlər elə maaş almırlar ki, işlərini itirməkdən qorxsunlar. Onlar düşünürlər ki, yazıları bəyənilməsə belə, asanlıqla digər media orqanında eyni maaşla iş tapa biləcəklər”.
 
Müsahibimiz mediaya açıqlama verən ekspertlərin şərhlərinə pul ödənilməsinin daha müvafiq olduğunu deyib:

"Məsələnin ikinci tərəfi isə kimlərə ekspert adının verilməsi ilə bağlıdır. Ekspert bəlli bir sahəsi olub, həmin sahədə ixtisaslaşan şəxsə deyilir. Hansısa sahə ilə bağlı ixtisaslaşan və yaşı 40-ı keçən jurnalist də ekspert sayılır. 40 yaşdan aşağı jurnalist ekspert kimi çıxış etməməlidir. Azərbaycanda isə 20 yaşında köşə yazarları, ekspertlər var. Onlar nəyin ekspertidir? Nə vaxt yetişdilər? Jurnalist araşdırma aparıb ekspertləri müəyyən etməlidir. Bəzən ekspertlər media orqanına görə də fərqli açıqlama verə bilir.

Bundan başqa, qarşılığı ödənilməyən xidmət keyfiyyətli ola bilməz. Bu səbəbdən də keyfiyyətli ekspert istənilirsə, şərhlərə görə müəyyən məbləğ ödənməlidir. Lakin bizdə medianın maddi durumunun hansı səviyyədə olması başqa bir mövzudur. "Media haqqında” qanunda gərək reklam bazarı ilə bağlı müvafiq məsələlər öz əksini tapardı”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Səfir: "Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır"

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfir...

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...