“Türkiyə ilə müştərək təlimlərin uğurla davam etdiyi vaxtda təxribatların olması gözlənilən idi”

“Türkiyə ilə müştərək təlimlərin uğurla davam etdiyi vaxtda təxribatların olması gözlənilən idi”
 

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı radikal müxalifətin qərargahı deyil. Orada hər kəs istədiyini deyə bilməz”.

Bunu "MediaPost”a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi haqqında dezinformasiyalar yayanlar dövlət və dövlətçiliyi zəiflətməyə çalışırlar:

"Azərbaycan və Türkiyə silahlı qüvvələrinin müştərək təlimlərinin uğurla davam etdiyi vaxtda təxribatların olması gözlənilən idi. Çünki düşmənin informasiya müharibəsində sapı özümüzdən olan baltaların dövlətə, onun silahlı qüvvələrinə atdığı böhtanların dayandırılmasını düşünmək sadəlövhlük olardı. Bu məsələdə çox incə məqam var, təəssüf ki, bunu əksər vətəndaşlarımız tuta bilmədilər. Onlar dezinformasiyalar yaymaqla, vətəndaşları kütləvi nümayişə, etiraz aksiyalarına təşviq etmək istəyirlər. Bu formada dövlət və dövlətçiliyi zəiflətməyə çalışırlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı radikal müxalifətin qərargahı deyil. Orada hər kəs istədiyini deyə bilməz. General-polkovnik Nəcməddin Sadıkov Silahlı Qüvvələrin Baş Qərargah rəisidir. Bəli, çox sərt adamdır və bu, onun hərbçi həyatı ilə bağlıdır. Hərbçi belə də olmalıdır, o, şou əhlinin adamı deyil”. 

A. Əbilovun sözlərinə görə, hazırda yayılan bütün yalan xəbərlər Türkiyə ilə Azərbaycanın tərəfdaşlığını gözü götürməyənlərin növbəti təxribatıdır:

"Keçirilən müşavirədə hərbi aspektlərdə səhvlərin olmaması üçün töhmətlər verilə bilər. Lakin Baş Qərargah rəisi məsuliyyətsiz insan deyil ki, ortaya atılan bu dezinformasiyadakı kimi, zabitləri təhqir etsin. Bütün bu yalan xəbərlər Türkiyə ilə Azərbaycanın tərəfdaşlığını gözü götürməyənlərin növbəti təxribatıdır. Vətənini sevən insan üçün qürurverici hal odur ki, Türkiyə bu gün regionda liderliyi ələ alır. Burada gedən siyasi proseslərə qatılması bizim üçün arzuolunandır. Sözsüz ki, bəzi qüvvələr bu tərəfdaşlığa mane olmağa çalışırlar. Deyirlər ki, Nəcməddin Sadıkov Rusiyanın adamıdır və s. Bu insanlar unudurlar ki, Nəcməddin Sadıkovu dünya siyasətçiləri sırasında xüsusi çəkisi olan rəhmətlik Ulu Öndər Heydər Əliyev vəzifəyə gətirib. Sizcə, belə idisə, dünya siyasətini əlində saxlayan Heydər Əliyev Nəcməddin Sadıkovu Müdafiə Nazirliyinə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edərdimi?”


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...