\"Təkcə cəbhədə yox, informasiya savaşında da düşmənə layiqli cavab veririk\"-Deputat

\
 

Azərbaycan Ordusunun üstünlüyü yüksək olduğu üçün düşmən panika yaratmağa çalışır. Həmçinin əsgərlərimizin ruh yüksəkliyi yüksəkdir. Dünənki paylaşılan rəsmi videolardan da görünür ki, Azərbaycan öz mövqelərini nəinki qoruyur, hətta düşmənin bir sıra məntəqələrini məhv edib.

İctimaiyyət arasında şəhid saylarının gizlədildiyi müzakirə edilir. Bu əlbəttə ki, düşmən təxribatıdır. Ermənilər sosial şəbəkədə azərbaycanlı kimi özlərini aparıb saxta profillərlə məlumatlar yayırlar. Köhnə videoları da bu məqsədlə çoxdan hazırladıqları kanallar vasitəsilə öz dilimizdə paylaşırlar.
 

Bu barədə deputat Musa Qasımlı Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, təcavüzkar Ermənistanın ordusu heç bir zaman Azərbaycan ordusundan güclü olmayıb, güclü deyil və güclü ola bilməz:

Müharibə təkcə döyüş texnikası və canlı qüvvə ilə deyil, eyni zamanda informasiya vasitələri ilə də aparılır. İnformasiya müharibəsində bir çox sahələrdə üstünlük də əldə edilir. Həmçinin Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsi aparması, yalan və uydurmalar tirajlaması da səbəbsiz deyil. Bununla təcavüzkar ölkə insanlar arasında çaşqınlıq yaratmağa və öz istəyinə nail olmaq üçün çalışır. Amma unudurlar ki, Azərbaycan dövləti 90-cı illərdə deyil, əvvəlki illərdən qat-qat güclüdür. Biz təkcə döyüş məkanında deyil, həmçinin informasiya cəbhəsində də düşmənə layiqli cavab veririk. Düşmən heç bir zaman öz istəyinə nail ola bilməz. Baş verən hadisələr bizim cəmiyyətimizdə daha mütəşəkkil olmağı tələb edir.

Biz düşmənin fitnələrinə qətiyyən uymamalıyıq. Azərbaycan Ordusu güclüdür və qüdrətlidir. Cəmiyyətimizdə sabitliyin olmasına və psixoloji ruh yüksəkliyinin yaradılmasına hər bir kəs kömək etməlidir. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə dövlətimizin ətrafında birləşməlidir. Bizim ümumi düşmənimiz var, o da təcavüzkar, işğalçı Ermənistandır".


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...