Azərbaycanda 64 məktəb bağlandı
Azərbaycanda 2024-2025-ci tədris ilinin əvvəlində 4324 məktəb olub. Sfera.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, məktəblərin sayı ötən illə müqayisədə azalıb. Belə ki, 2023-2024-cü tədris ilinin əvvəlində 4388 məktəb fəaliyyət götərib. Yəni, 1 il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb. Rayonlar üzrə məktəb sayına gəldikdə, rəsmi statistik məlumatlara görə, Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı, Ağdaş rayonlarında 4, Şamaxı, Şəmkir, Balakən