Buraxılış və qəbul imtahanları BİRLƏŞDİRİLƏCƏK?
“Bu gün vəziyyət o həddə çatdırılıb ki, sanki təhsilin vəzifəsi yalnız imtahan keçirməkdən ibarətdir. Ali məktəb sevdası, indiki qədər “diplomlu olmaq” predmetinə çevrilməmişdi. Testin tətbiqi ilə əlaqədar mərkəzləşdirilmiş imtahan sistemi tətbiq olunandan bu günə qədər elə bir il olmur ki, imtahanlarla bağlı məsələ gündəmə gəlməsin, haqlı-haqsız, yerli-yersiz narazılıqlara səbəb olmasın. Ajiotaja səbəb olan davamlı qarşıdurmalar, ittiham həddinə çatan mübahisə və polemikalar istər-istəməz