Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırıldı - FOTOLAR

Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırıldı - FOTOLAR
Kateqoriya məlum deyil
T

Bakı Konqres Mərkəzində 2024–2025-ci tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarının qalibləri üçün təntənəli mükafatlandırma mərasimi keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

 

Sfera.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Ardınca olimpiadanın keçirilmə prosesi və qaliblərin uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qalib şagirdləri, onların valideynlərini və müəllimlərini təbrik edib:

 

“Respublika Fənn Olimpiadaları təhsil sistemimizin əsas tədbirlərindəndir. Qalib olmaq yalnız bilik deyil, zəhmət və məsuliyyət tələb edir. Bu gün siz Azərbaycan məktəblilərinin bəlkə də 0.01 faizini təmsil edirsiniz”.

Nazir eyni zamanda bildirib ki, fənn olimpiadalarının əhatə dairəsi ildən-ilə genişlənir. Əvvəllər 1000 nəfəri əhatə edən bu yarışlara indi 80 mindən çox şagird cəlb olunur. Bu isə məktəblilərin elmi biliklərə marağının artdığını göstərir.

 

Nazir həmçinin valideyn və müəllimlərin bu uğurdakı rolunu xüsusi qeyd edərək təşəkkürünü bildirib.

 

Bu ilki olimpiadalarda 514 şagird qalib adını qazanıb:


I yer – 95 nəfər
II yer – 170 nəfər
III yer – 249 nəfər


Ənənəvi xarakter daşıyan bu tədbir istedadlı şagirdlərin elmi nailiyyətlərini cəmiyyətə tanıtmaq və onların gələcək uğurlarına stimul vermək məqsədi daşıyır.

 

Bəsti Rəfizadə
Sfera.az

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR