Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi

Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarı ilə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Pandemiya ilə əlaqədar olaraq, dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilir, həmçinin şagirdlərə "Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunur.

Təhsil Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, bununla belə, nazirliyə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin əyani formada tədrisə cəlb olunması ilə bağlı müraciətlər daxil olur:

"Bildiririk ki, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adıçəkilən Qərarına ziddir. Göstərilənləri nəzərə alaraq, tərəfinizdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Qərarına əməl edilməsi tələb olunur. Əks təqdirdə Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsi nəticəsində müvafiq tədbirlər görüləcək".
 

OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...