Növbəti tədris ilində 7 yeni ixtisas yaradılacaq – Təhsil naziri
Azərbaycanda növbəti tədris ilində yeddi ixtisas yaradılacaq. Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV”yə müsahibəsində deyib. Onun sözlərinə görə, SABAH qruplarının magistratura səviyyəsində yeni olan kiber təhlükəsizliyi, kompüter elmləri, şəhərsalma və planlaşdırılma, eləcə də digər ixtisaslar yaradılacaq. Nazir, həmçinin qeyd edib ki, Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı işlər görülür: "Hazırda peşə təhsilinin nüfuzunun qaldırılması istiqamətində işlər