Martın 7-də bu rayonların şagirdləri üçün buraxılış imtahanı keçiriləcək - SİYAHI
Dövlət İmtahan Mərkəzi 7 mart 2021-ci il tarixində respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək. DİM-dən Sfera.az-a verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlar peşə-ixtisas təhsili müəssisələrinin yerləşdiyi ərazilərə uyğun müəyyən olunub. Həmin gün 3254 şagirdin (Bakı şəhəri üzrə Binəqədidə 269, Xətaidə 129, Xəzərdə 112, Nərimanovda 387, Sabunçuda 300, Qaradağda 144,