Logo

Universitetlərdə ənənəvi tədris qismən bərpa olundu

Universitetlərdə ənənəvi tədris qismən bərpa olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gündən ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bu gündən etibarən sözügedən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq.

Qeyd edək ki, digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR