Mobil telefon aşkarlanan 5 nəfər imtahandan xaric edildi
9 aprel 2023-cü il tarixində Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. DİM-dən Sfera.az -a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 195 imtahan binası, 3575 imtahan zalı ayrılıb.