\"Kriminal mahnılar oxuyan, ictimai asayişi pozan tələbələr onu göstərir ki, ADNSU-da...\" - Ekspert

\

Ötən günlərdə Bakının mərkəzi yollarında avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsidir.  Onun buraxılış imtahanlarında yüksək bal toplaması isə sosial mediada müzakirə obyekti olub. Əksəriyyət yüksək balla universitetlərə qəbul olan gənclərin sonrakı taleyi ilə bağlı araşdırma aparılmadığını qeyd edib. 

 

Bəs yüksək balla universitetə daxil olan tələbələrə necə nəzarət olunmalıdır? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov son dövrlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən müsbət xəbərlərin gəlmədiyini xatırladıb:

 

“Xatırlayırsınızsa, universitetdə keçirilən Novruz şənliyində çoxsaylı tələbə cinayət aləminə həsr edilmiş mahnını bir ağızdan xorla oxuyurdular. İndi də növbəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi ictimai asayişi ciddi şəkildə pozub.  Orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər hələ formalaşmayıblar, onlar universitetlərə, orta ixtisas təhsil müəssisələrinə qəbul olanda şəxsiyyət kimi formalaşırlar. Baş verən hadisələr onu göstərir ki, Neft və Sənaye Universitetində tədris mühiti, keyfiyyəti təşkil edilməyib.  Eyni zamanda orada sağlam mühitlə bağlı problemlər var”.

 

Müsahibimiz qeyd edib ki, hətta son illər əmək bazarında sənaye, iqtisadiyyat, neft sahəsində sözügedən təhsil müəssisəsinin məzunları görülmür:

 

“Baxmayaraq ki, yüksək ballı abitruyentlərin ən çox seçim etdiyi universitetlər sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də yer alır. Hazırda orada sağlam təhsil mühitindən danışmaq olmur – tələbələrin musiqi zövqləri, onların istirahət etmə formaları və.s. kimi məsələlərdə problemlər müşahidə olunur. Hətta zaman-zaman oradakı tələbələrin təhsillə bağlı da şikayətlərini eşidirik. Fikrimcə, biz ali təhsil müəssisəsinə kadr hazırlayan zaman onların ictimai asayişə, digər insanların həyat və fəaliyyətinə, sağlamlığına hörmətlə bağlı kriteriyalara xüsusən diqqət yetirməliyik. Ola bilər ki, biz yüksək səviyyəli kadr yetişdirək, amma vətəndaş yox. Görünən odur ki, hazırda hətta yüksək balla  ali təhsil müəssisələrinə daxil olan şəxslər universitet mühitində zəruri bilik və bacarıqlara yiyələnmirlər. Əksinə, onlar yanlış kənar təsirlərə məruz qalırlar, yekunda dövlət üçün vacib kadr yetişdirməli olan müəssisələr cəmiyyət üçün təhlükəli vətəşdaşlar yetişdirir. Son üç il ərzində bu hallar ciddi şəkildə artıb”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...