Bu universitet 345 vakansiya elan etdi

Bu universitet 345 vakansiya <span style="color:#ff0000">elan etdi</span>
Kateqoriya məlum deyil17.05.25, 12:068322 👁️
T

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və təhsildə müasir tələblərə cavab verən, innovativ düşüncəli və yüksək ixtisaslı kadrların pedaqoji və elmi fəaliyyətə cəlb olunması məqsədilə vakant professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir. 

 

Sfera.az bildirir ki, bu barədə “Azərbaycan müəllimi”nə ADNSU-dan məlumat verilib. 

 

Belə ki, müvafiq vakant vəzifələr aşağıdakılardır:

 

 

Tələblər:

 

Elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, (müəllim üçün minimum magistr təhsilli) müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;

Pedaqoji qabiliyyət;

Tədrisin təşkili üzrə bacarıqlar;

Tədris texnologiyalarından istifadə bacarığı;

Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;

Yüksək peşə-ixtisas təcrübəsi;

Vəzifənin etik davranış qaydalarına sadiqlik.

 

Müraciət edən namizədlərdən aşağıdakı sənədlər tələb olunur:

 

Akademik CV 

Diplomların notariat qaydasında təsdiq olunmuş surəti.

Müraciət tarixləri:

16 may 2025-ci il tarixindən 16 iyun 2025-ci il tarixinədək.

Əlaqə telefonu: +994515163042
 

CV-lərinizi mövzu hissəsinə müraciət etdiyiniz vakansiyanın adını (sahənin adını) qeyd etməklə [email protected] ünvanına göndərməyiniz tələb olunur.

Qeyd edək ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

PAYLAŞ
Sehliyali
Yüklənir...