Dərsliklər niyə səhvlərlə zəngindir? – “Bunun tək günahkarı Təhsil Nazirliyidir”

Dərsliklər niyə səhvlərlə zəngindir? – “Bunun tək günahkarı Təhsil Nazirliyidir”
"Dərsliklərdə yaranan qüsurların başlıca günahkarı Təhsil Nazirliyidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında VI sinif tarix dərsliyində 56 qüsur və səhvin aşkarlanmasına münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib:
 
"Yarımçıq hamiləlikdən dünyaya gələn uşaq xəstə olur. Onu nə qədər müalicə etsən də, o sağalmayacaq.  Azərbaycanda da dərslik siyasəti yarımçıq dünyaya gələn uşağı xatırladır. Təhsil Nazirliyinin tender elan etməsindən, dərsliyin çap olunmasına qədər olan müddət cəmi 6 ay olur.  Müddət azlığından, müəlliflər heyəti tərəfindən dərsliyin yazılması,  yoxlanılması, tenderə verilməsi prosesi sürətlə aparılır. Digər tərəfdən dərsliyi yoxlayan ekspertlərin bilik, bacarıq və savadının dərslik müəlliflərindən çox olmaması səbəbindən dərsliklərdə bu kimi qüsurlar ortaya çıxır”.

Həmsöhbətimiz düşünür ki, Təhsil Nazirliyi dərslik siyasətində öz öhdəliyini yerinə yetirə bilmir: "Dərsliyi yoxlayan ekspertlər qeyri-professional və qeyri-şəffaf şəkildə seçilir.  Nazirlik tender elan edir. Tenderə də azı 3 dərslik komplekti qəbul edilir.  Qalib gələn də, tenderə qoşulan bu 3 dərslikdən ən yaxşısıdır. Ən yaxşısı budursa, Allah pisindən saxlasın.

Dərsliklər tenderə daxil ediləndə, hətta keçid balı toplamayan, amma tenderdəki dərsliklər arasında ən çox bal toplayan dərslik qalib kimi müsabiqədən keçmiş elan edilir. Bu ən ciddi yanlışdır. VI sinif tarix dərsliyində müəyyən edilən 56 qüsur, heç də dərsliyin sıradan çıxarılmasına səbəb olacaq dəyişikliklər deyil. Amma bu o demək deyil ki, Təhsil Nazirliyi işinə səhlənkar yanaşmalı və yaranan qüsurları da ondan sonrakılar düzəltməlidir”.
 
Ekspert bildirdi ki, dərsliklərin yazılması, çapı nazirliyin bir şöbəsi çərçivəsində həll olunmamalıdır: "Dərsliklər ən azından 2 il öncədən sifariş edilməlidir. Bəzən müəlliflər özlərini hamıdan ağıllı sayır. Nəticədə isə belə vəziyyət yaranır. Elə dərsliklər var ki, rəy verən qurum ona qərəzli yanaşır. Bu da həmin rəy verən qurumun öz əməkdaşlarının tenderdə iştirakda məğlub olmalarından qaynaqlanır. Yəni, yanaşma heç də dərsliyin daha keyfiyyətli olmasına görə deyil.  Sadəcə, digər müəlliflərin yazdığı kitabları gözdənsalma məqsədi güdür”.
 
Rüfət SULTAN
 
 

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...