Logo

Kürdəmirdə zəncirvari qəza - Xəsarət alanlar var

Kürdəmirdə zəncirvari qəza - Xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli rayonun Təklə kəndinin keçən hissəsində qeydə alınıb.

Belə ki, “Daewoo” markalı avtomobil yol kənarında dayanmış “VAZ-2106” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər “VAZ-2106” markalı avtomobilə dəyib.

Qəza nəticəsində avtomobillərdən biri aşıb. Nəticədə avtomobilin yaxınlığında dayanan rayon sakinləri 1992-ci il təvəllüdlü Kamran Məmmədov və 1999-cu il təvəllüdlü Əlismayıl Əliyev nəqliyyat vasitəsinin altında qalaraq ağır xəsarət alıblar.

Yaralılar Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Fotolar2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR