, TƏBİB
TƏBİB xəstəxanalarda xidmət çeşidlərini artıracaq
Bu ilin sonuna qədər TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarda xidmət çeşidləri artırılacaq. Sfera.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən, icraçı direktorun müavini Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yeniliklər davamlı xarakter daşıyır: "Cari dövrə qədər olan müddətdə həm oftalmologiya, həm də digər istiqamətlərdə bir çox
Sağlıq03.11.2026 14:38
"Onların maaşı artırılacaq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bununla da, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində TƏBİB-ə keçir. TƏBİB-in Səhiyyə Nazirliyinə verilməsi səhiyyə sistemindəki hansı problemləri aradan qaldıracaq? Bu
Cəmiyyət20.10.2026 14:21
Xalq artistinin vəziyyəti ağırdır
Azərbaycanın xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb. Sfera.az xəbər verir ki, Ölkə.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, onun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Z.Rzayevin vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, xalq artisti sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər
Cəmiyyət19.10.2026 19:53
“Motosikletli təcili yardım xidməti 600-dən çox çağırışa gedib” - TƏBİB
TƏBİB-in açıqlamasına əsasən, Azərbaycanda motosikletli təcili tibbi yardım briqadalarının fəaliyyətinə 21 iyul 2026-cı il tarixindən başlanılıb. Yeni xidmət modelinin əsas məqsədi nəqliyyat sıxlığının olduğu ərazilərdə hadisə yerinə daha operativ çatmaq və vətəndaşlara ilkin tibbi yardım göstərməkdir. Maraqlıdır, motosikletli təcili tibbi yardım briqadaları hazırda faktiki olaraq fəaliyyət göstərirmi? Xidmət hansı əraziləri əhatə edir? Xidmət fəaliyyətə başladığı tarixdən indiyədək
Cəmiyyət15.10.2026 11:30
"Hamını Bakıdakı xəstəxanalara toplamağa ehtiyac yoxdur" - Deputatdan ETİRAZ
“İcbari tibbi sığortanın tətbiqi ilə bağlı regionlarda bəzi problemlərlə qarşılaşırıq. Nə TƏBİB-dən, nə icbari tibbi sığortadan, nə də aidiyyəti qurumdan müsbət cavablar ala bilirik”. Sfera.az " Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. “Gəncə şəhərində bəzi cərrahiyyə əməliyyatlarının dövlət xəstəxanalarında həyata keçirilməsi mümkün deyil. Deyirlər ki, Gəncədəki dövlət xəstəxanaları bunu
Cəmiyyət21.09.2026 15:42
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
İşğaldan azad olunan ərazilərə qayıdan sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas prioritetlərdəndir. Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi də artıq öz doğma ünvanında – Xocavənd rayonunda xidmət göstərməyə başlayıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sfera.az- a verilən məlumata görə, bölmə fasiləsiz rejimdə fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə
Sağlıq17.09.2026 19:02
Azərbaycanda estetik və plastik əməliyyatlar qadağan olunur? – Rəsmi CAVAB
Azərbaycanda estetik və plastik əməliyyatlarla bağlı yeni məhdudiyyətlərin tətbiq ediləcəyi barədə iddialar yayılıb. İddialara görə, tibbi sahədə aparılan islahatlar çərçivəsində ümumi cərrahların fəaliyyət dairəsi məhdudlaşdırılacaq və onların bir sıra estetik və plastik əməliyyatlar həyata keçirməsinə icazə verilməyəcək. Məlumata görə, söhbət xüsusilə süd vəzilərinə müdaxilələr, mammoplastika, mastopeksiya, piy və dəri qreftləri, abdominoplastika və digər plastik-rekonstruktiv əməliyyatlardan
Cəmiyyət03.09.2026 10:45
TƏBİB-dən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA
Ölkə üzrə 1-15 avqust tarixlərində 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq olunub. Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, peyvəndləmə TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində həyata keçirilib. Plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusu qiymətləndirilir, peyvənddən kənarda qalan və natamam immunizasiya olunan uşaqlar müəyyənləşdirilir.
Cəmiyyət21.08.2026 21:56
TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi
Bakıda tibb müəssisəsinin baş həkimi vəzifəsindən azad olunub. Sfera.az xəbər verir ki, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Naibə Əzizova işdən çıxarılıb. Digər əmrlə, Şəlalə Səfərova mərkəzin baş həkimi təyin olunub. O, bundan əvvəl Xətai rayonundakı 7 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışıb./ölkə.az
Gündəm18.08.2026 18:58
Bakının mərkəzində yanan obyektdə 6 nəfər zəhərləndi
Bakıda obyektdə baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib. Bu barədə Sfera.az -a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, bu gün saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb.
Hadisə07.08.2026 16:06
Bakıda məşhur xəstəxana ləğv edilir - Səbəb nədir?
Nərimanov Tibb Mərkəzinin (keçmiş 5 saylı xəstəxana) əsas binası artıq 4-5 ildir təmirdədir. Bu müddət ərzində tibb müəssisəsinin həkimləri fəaliyyətlərini müvəqqəti olaraq istismar müddəti başa çatmış, yararsız və şəraitsiz 6 saylı Uşaq Xəstəxanasının binasında davam etdirirlər. Kollektivin sözlərinə görə, illərdir 8-9 həkim kiçik bir otaqda çalışmaq məcburiyyətində qalıb. Onlar bütün çətinliklərə təmir başa çatdıqdan sonra öz binalarına qayıdacaqları ümidi ilə dözüblər. Lakin hazırda təmir
Cəmiyyət05.08.2026 15:47











