“Motosikletli təcili yardım xidməti 600-dən çox çağırışa gedib” - TƏBİB

“Motosikletli təcili yardım xidməti 600-dən çox çağırışa gedib” - TƏBİB
Kateqoriya məlum deyil
T

TƏBİB-in açıqlamasına əsasən, Azərbaycanda motosikletli təcili tibbi yardım briqadalarının fəaliyyətinə 21 iyul 2026-cı il tarixindən başlanılıb.

Yeni xidmət modelinin əsas məqsədi nəqliyyat sıxlığının olduğu ərazilərdə hadisə yerinə daha operativ çatmaq və vətəndaşlara ilkin tibbi yardım göstərməkdir.


Maraqlıdır, motosikletli təcili tibbi yardım briqadaları hazırda faktiki olaraq fəaliyyət göstərirmi? Xidmət hansı əraziləri əhatə edir? Xidmət fəaliyyətə başladığı tarixdən indiyədək motosikletli briqadalar neçə çağırışa cəlb olunub?


Sfera.az bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, “Ambucycle” xidməti 29 iyul 2026-cı il tarixindən etibarən fəaliyyət göstərir:


“Bu günədək xidmət tərəfindən ümumilikdə 624 çağırış icra olunub. Çağırışlar Bakı şəhərinin müxtəlif ərazilərini, o cümlədən Binəqədi, Biləcəri, Sulutəpə, Suraxanı, Bülbülə, Əmircan, Ramana və digər əraziləri əhatə edib”.


Qurumdan verilən məlumata görə, “Ambucycle” xidmət modelinin əsas məqsədi hadisə yerinə çatma müddətini azaltmaq, kritik hallarda ilk dəqiqələrdə tibbi müdaxiləni təmin etmək və təcili tibbi yardım xidmətinin operativliyini artırmaqdır.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR