ŞƏT
Putindən müharibə ilə bağlı açıqlama
Rusiya Prezidenti Vladimir Putin silahlı münaqişələrə səbəb olan və onları təhrik edən amillərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilməli olduğunu bildirib. Sfera.az xəbər verir ki, Putin bu fikirləri Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı səsləndirib. Rusiya lideri ŞƏT-in güclənməkdə və genişlənməkdə davam etdiyini qeyd edib. Onun sözlərinə görə, təşkilata üzv ölkələrdə dünya əhalisinin demək olar ki, yarısı
Media02.09.2026 00:23
ŞƏT ölkələri İrana dəstək verdi
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər İranın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib, Yaxın Şərqdəki münaqişələrin yalnız siyasi və diplomatik yollarla həllinə çağırıblar. Sfera.az xəbər verir ki, bu barədə ŞƏT-in 25 illiyi münasibətilə Bişkekdə qəbul edilən bəyannamədə qeyd olunub. Bəyannamədə ŞƏT ölkələrinin Yaxın Şərqdə, xüsusilə də İran ətrafında baş verən hadisələrdən ciddi narahatlıq keçirdiyi bildirilib. İran ərazisinə endirilən hərbi zərbələr pislənib.
Region01.09.2026 13:32
Bu şəhər ŞƏT-in turizm və mədəniyyət mərkəzi seçildi
Pakistanın Lahor şəhəri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) turizm və mədəniyyət mərkəzi elan olunub. Sfera.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, bununla bağlı sənəd bu gün, sentyabrın 1-də Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində imzalanıb. Qeyd edək ki, Lahor Pakistanın mühüm tarixi və mədəni şəhərlərindən biri hesab olunur. ŞƏT çərçivəsində şəhərə belə statusun verilməsi təşkilata üzv ölkələr arasında turizm və mədəni əlaqələrin inkişafına xidmət edəcək. Bəsti Rəfizadə
İqtisadiyyat01.09.2026 12:54
ŞƏT-in dünya iqtisadiyyatında yeri - 10 ölkə nəyə qadirdir?
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son illərdə yalnız təhlükəsizlik və siyasi əməkdaşlıq platforması ilə deyil, eyni zamanda dünya iqtisadiyyatında ciddi çəkisi olan qurumlardan birinə çevrilib. Sfera.az xəbər verir ki, hazırda ŞƏT-in 10 üzvü var. Bunlar Çin, Rusiya, Hindistan, Pakistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Belarusdur. Hindistan və Pakistan 2017-ci ildə, İran 2023-cü ildə, Belarus isə 2024-cü ildə təşkilata tamhüquqlu üzv olub. ŞƏT ölkələrinin əhalisi
İqtisadiyyat01.09.2026 11:59
ŞƏT-in qlobal rolu və Azərbaycanın artan mövqeyi
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən növbəti sammitində iştirak etmək üçün Qırğızıstana işgüzar səfər edib. Liderlərin sammit çərçivəsində keçirilən geniş tərkibli görüşləri və müzakirə olunacaq strateji mövzular bir daha sübut edir ki, ŞƏT müasir beynəlxalq münasibətlər sistemində sürətlə güclənən və qlobal siyasətin gedişatına birbaşa təsir göstərən əsas platformalardan birinə çevrilib. Bəs təşkilatın əhəmiyyəti nədir? Sfera.az
Siyasət01.09.2026 11:19





