ŞƏT ölkələri İrana dəstək verdi

ŞƏT ölkələri İrana dəstək verdi
Kateqoriya məlum deyil
T

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər İranın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib, Yaxın Şərqdəki münaqişələrin yalnız siyasi və diplomatik yollarla həllinə çağırıblar.

Sfera.az xəbər verir ki, bu barədə ŞƏT-in 25 illiyi münasibətilə Bişkekdə qəbul edilən bəyannamədə qeyd olunub.

Bəyannamədə ŞƏT ölkələrinin Yaxın Şərqdə, xüsusilə də İran ətrafında baş verən hadisələrdən ciddi narahatlıq keçirdiyi bildirilib. İran ərazisinə endirilən hərbi zərbələr pislənib.

Qeyd olunub ki, hücumlar nəticəsində çox sayda mülki şəxs həyatını itirib, İran iqtisadiyyatına ciddi ziyan dəyib.

ŞƏT üzv dövlətləri vurğulayıblar ki, bu cür hərəkətlər beynəlxalq hüququn əsas prinsiplərinə, BMT Nizamnaməsinə ziddir və beynəlxalq sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhlükə yaradır.

“Üzv dövlətlər İran İslam Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyir və münaqişənin yalnız siyasi və diplomatik yollarla həll edilməsinin tərəfdarıdırlar. Bu baxımdan, regionda gərginliyin azaldılmasına yönəlmiş bütün səyləri alqışlayırlar”, - deyə bəyannamədə bildirilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR