Naxçıvan
Azərbaycanda vəzifəli şəxs həbs edildi
“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib. Sfera.az xəbər verir ki, Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb./apa
Cəmiyyət22.10.2026 19:54
Naxçıvanda vəzifəli şəxs saxlanıldı - RƏSMİ
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Sfera.az bildirir ki, faktla bağlı Naxçıvan Muxtar Respublika Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə Cavid Ağaməlıyev barəsində cinayət işi başlanılıb. O, dövlət əmlakının mənimsənilməsində şübhəli bilinir. Məlumatı Naxçıvan Muxtar Respublikası
Hadisə21.10.2026 14:34
Qəzənfər Abdullayev vəzifəsindən azad edildi
Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri işdən azad edilib. Sfera.az xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib. İclasda şuranın sədrinin işdən azad olunması məsələsinə baxılıb. Şuranın qərarına əsasən, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vəzifəsindən azad edilib. Yeni sədr təyin olunanadək sədr vəzifəsi müavin Xatirə İbrahimliyə həvalə edilib./qaynarinfo
Cəmiyyət07.10.2026 13:43
Bu ərazilərdə işıq olmayacaq
Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi məlumat yayıb. Bildirilib ki, oktyabrın 7-də saat 14:00-dan 18:00-dək 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar Naxçıvan şəhərinin 56, 59, 60 və 61-ci məhəllələrində, M. Şəhriyar, Səməd Vurğun və H. Rəhmanov küçələrində, Hərbi Şəhərcik-1-də, Universitet
Cəmiyyət06.10.2026 18:51
Naxçıvana ilk qar yağdı - VİDEO
Naxçıvana ilk qar yağıb. Sfera.az xəbər verir ki, Ordubad rayonun dağlıq bölgələrində qarlı hava şəraiti müşahidə olunub. Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı ilə bağlı proqnoz verib. Ordubad rayonunun Nəsirbaz, Umuz və Fəzməli kəndlərinin ərazilərinə qar yağıb. Həmin görüntüləri təqdim edirik: (Yeni Sabah)
Cəmiyyət29.09.2026 23:24
Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Cəmiyyət28.09.2026 20:46
Naxçıvanda iki bacı bıçaqlandı
Naxçıvanın Kəngərli rayonunda iki qadın bıçaqlanıb. Sfera.az bildirir ki, bıçaqlanma hadisəsi rayonun Qarabağlar kəndində qeydə alınıb. Belə ki, rayon sakini 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızı və bacısı, 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızına bıçaqla xəsarət yetirilib. Bacılar xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə Adilə Ağayevanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır./qafqazinfo
Kriminal26.09.2026 22:46
"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu
"Araz-Naxçıvan"ın UEFA Futzal Çempionlar Liqasının əsas mərhələsində yer aldığı 5-ci qrupun bütün iştirakçıları müəyyənləşib. Sfera.az xəbər verir ki, ilkin mərhələnin oyunlarından sonra C qrupunun qalibi "Buba Mara" (Bosniya və Herseqovina) və D qrupunun lideri "Uypeşt" (Macarıstan) Naxçıvan təmsilçisinin rəqibləri olub. Püşkatmanın nəticəsinə əsasən, 5-ci qrupa E qrupunun qalibi də qoşulmalı idi. Lakin həmin qrupda Ermənistan çempionu "Unisport" birinci yeri tutub. UEFA İcraiyyə Komitəsinin
İdman30.08.2026 12:30
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusarda 15, Qubada 13, Oğuzda 12, Şahdağda 8, Şəkidə 6, Lənkəranda 5, Naftalanda 4, Mingəçevir, Gəncədə 3, Sarıbaş (Qax), Balakən, Şabran, Goranboyda 2, Naxçıvan, Şahbuz, Tovuz, Şəmkir, Göygöl, Zaqatala, Xaçmaz, Şamaxı,
Gündəm15.08.2026 12:49
Naxçıvan iki qitə arasında geostrateji mərkəzə çevriləcək
Naxçıvan təkcə Azərbaycanın deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasında tarixən müstəsna rol oynayıb. Müasir dövrdə Muxtar Respublikanın coğrafi əhəmiyyəti və regional təsir imkanları nəinki azalmayıb, əksinə, Naxçıvan Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi daha böyük coğrafiyanın-Avrasiya məkanının geostrateji bağlantı və nəqliyyat mərkəzlərindən birinə çevrilmək üzrədir. Uydurma miflərə və xəstə təxəyyülə söykənən “Böyük Ermənistan” planında Qarabağla yanaşı, Naxçıvana
Siyasət12.08.2026 20:45
Naxçıvanda binalar belə olacaq - VİDEO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar. Sfera.az- ın məlumatına görə, Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət “Chapman Taylor”
Gündəm12.08.2026 16:17
Naxçıvanda yenilik: 10 illik vergi güzəştləri qüvvəyə mindi
Azərbaycan Prezidentinin Naxçıvanda qeyd etdiyi vacib istiqamətlərdən biri də Naxçıvan, Şərqi Zəngəzur, Qarabağın vahid konsepsiya əsasında inkişaf etməsi ilə bağlı idi. Vahid konsepsiya yalnız yaşıl zonanın yaradılmasını deyil, eləcə də iqtisadi inkişafın vahid strategiya üzrə dəstəklənməsini özündə ehtiva edir. Bəs Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur? Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, işğaldan azad
İqtisadiyyat12.08.2026 12:32
Naxçıvanda Ermənistan sərhəddinə uzanan yolun tikintisi aparılır - FOTO/VİDEO
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Naxçıvan Muxtar Respublikasında dəmir yolu şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Sfera.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, 2025-ci ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Hazırda Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır. Qeyd olunub ki, xəttin ox üzrə uzunluğu
İqtisadiyyat12.08.2026 09:52
Möminə xatun türbəsində aparılan işlərlə tanışlıq - FOTOLAR
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar. Sfera.az xəbər verir ki, “Atelier Erich Pummer gmbh” şirkətinin direktoru Erix Pummer dövlətimizin başçısına və birinci xamına türbədə görülən işlər barədə məlumat verdi. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
Siyasət11.08.2026 21:52
Prezident və birinci xanım Naxçıvanın Baş Planı ilə tanış oldular - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar. Sfera.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma yeni Baş Plan, şəhərin gələcək inkişafı üzrə müəyyən edilmiş hədəflər və görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
Siyasət11.08.2026 21:49
Ölkə başçısı “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu (FOTOLAR)
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar. Sfera.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov layihələrlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Bildirildi ki, 25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata
Siyasət11.08.2026 19:54
Ümid körpüsündən Zəngəzura: Heydər Əliyevin ümidindən İlham Əliyevin reallığına
8 avqust 2025-ci il Azərbaycanın siyasi tarixində mühüm mərhələnin əsasını qoydu. Vaşinqtonda Prezident İlham Əliyevin iştirakı ilə əldə olunan razılaşmalar Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ açdı, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə yeni məzmun gətirdi. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz bağlantının təmin olunması və TRIPP layihəsi ilə bağlı razılaşmalar Naxçıvanın gələcəyi üçün yeni imkanlar yaratdı. Məhz bu
Siyasət08.08.2026 19:02
Naxçıvanda avtobuslardan istifadə edənlərə VACİB XƏBƏR
Naxçıvan şəhərində fəaliyyət göstərən avtobuslarda gedişhaqqının ödənilməsi üçün nağdsız ödəniş sistemi tətbiq olunacaq. Sfera.az xəbər verir ki, yeni sistem çərçivəsində sərnişinlər gedişhaqqını “CityCard” ödəniş kartı, “BakıKart” mobil tətbiqi, istənilən bank kartı, həmçinin "Apple Pay" və "Google Pay" vasitəsilə ödəyə biləcəklər. Məlumata görə, sərnişinlər “CityCard” ödəniş kartını 3 manata Naxçıvan şəhərində fəaliyyət göstərən "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin rəsmi
Cəmiyyət07.08.2026 17:40
Bu ərazilər işıqsız qalacaq
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Sfera.az- a verilən məlumata görə, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq. Bununla əlaqədar olaraq, avqustun 3-də saat 05:00-dan 07:00-dək Məktəb, Xətai
Cəmiyyət02.08.2026 15:46
Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı
Naxçıvanda sosial şəəbəkədə əxlaq normalarına zidd qeyri-etik paylaşım edənlər saxlanılıb. Sfera.az -ın məlumatına görə, saxlanılanlardan ikisi Naxçıvan şəhər, digər ikisi isə Şahbuz rayon sakinləridir. İkisi 23, 25 və 17 yaşlarında olan həmin oğlanlar “Tiktok”da özlərinə məxsus hesablarda ictimai mənəviyyatı təhqir edən videolar paylaşıblar. Ayrı-ayrı vaxtlardakı paylaşımlarda biri soyunmuş halda, biri dostunu əsgər yola salarkən, biri sərxoş, digəri də dağda çobanlıq edərkən nalayiq ifadələr
Cəmiyyət25.07.2026 21:09
"Naxçıvan təyyarə reysləri avtobus reysinə dönüb" - Deputat narazılıq etdi
Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərdə tez-tez yaşanan gecikmələrdən narazılığını ifadə edib. Sfera.az xəbər verir ki, deputat bildirib ki, Naxçıvan reyslərində yaranan vəziyyət sərnişinlər üçün ciddi problemlər yaradır. "Demək olar ki, Naxçıvanda hava reysləri avtobus reysinə dönüb. Bilinmir nə vaxt gələcək, nə vaxt gedəcək. İnsan aeroporta gəlir, ona deyirlər ki, 3 saatdan sonra gəlsin. Bəzən isə aldığı
Cəmiyyət14.07.2026 11:57
Naxçıvanda yük avtomobili iki piyadanı vurdu
Naxçıvan şəhərində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb. Sfera.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, ağır yüklü avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı vurub. Qəza nəticəsində 1995-ci il təvəllüdlü Xəyalə Ağa qızı Həsənova və həmyaşıdı Hində Etibar qızı Tağızadə xəsarət alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb
Hadisə03.07.2026 20:15
























