Naxçıvanda vəzifəli şəxs saxlanıldı - RƏSMİ
Kateqoriya məlum deyil
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Sfera.az bildirir ki, faktla bağlı Naxçıvan Muxtar Respublika Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə Cavid Ağaməlıyev barəsində cinayət işi başlanılıb.
O, dövlət əmlakının mənimsənilməsində şübhəli bilinir.
Məlumatı Naxçıvan Muxtar Respublikası Prokurorluğu təsdiq edib.
(Teleqraf)
Açar sözlər:






