Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş... – TƏFƏRRÜAT

Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş... – TƏFƏRRÜAT
Kateqoriya məlum deyil
T

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub.

Sfera.az xəbər verir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.

Qızın nənəsi Gülnaz Məmmədova bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib:

“Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.

Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub. O, Gülnazın bu il 11-ci sinfi bitirdiyini də deyib.

Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub. Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

Xatırladaq ki, dünən Kürdə batan Gülnazın meyiti bu gün tapılıb./apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR