Logo

Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?

Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) daxili nəzarət departamenti tərəfindən aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları və nöqsanlar aşkarlanıb.

Sfera.az bildirir ki, iki həftə davam edən yoxlamalar Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın poliklinika şöbəsində, Zülfüqar Məmmədov adına Xəstəxanada, həmin tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən 2 saylı poliklinikada, eləcə də Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında aparılıb.

Yoxlamalar nəticəsində adıçəkilən tibb müəssisələrində ciddi qanun pozuntuları və müxtəlif nöqsanlar qeydə alınıb.

Aşkarlanan nöqsanlarla bağlı tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib. Onlardan bəziləri ilə bağlı yaxın günlərdə yekun qərarın veriləcəyi bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR