Messi karyerasını yekunlaşdırdı
Argentinalı futbolçu Lionel Messi karyerasının yekunları və gələcəkdə necə xatırlanmaq istədiyi barədə danışıb.
Sfera.az bildirir ki, "Diario Sport" nəşrinin məlumatına görə, Messi məqsədləri və arzuları uğrunda daim mübarizə aparan böyük idmançı kimi xatırlanmaq istədiyini bildirib.
“Məni həmişə məqsədləri və arzuları uğrunda mübarizə aparan böyük idmançı kimi xatırlamalarını istəyirəm. Bəzən məqsədlərimə çatmışam, bəzən isə yox. Amma qarşıma çıxan bütün titulları qazanmağa çalışmağı heç vaxt dayandırmamışam”, – deyə futbolçu bildirib.
Messi bu fikirləri Asturiya Şahzadəsi mükafatının təqdimetmə mərasimi ərəfəsində səsləndirib. Tədbir İspaniyanın Oviedo şəhərində keçirilib və mərasimdə təxminən 5 min nəfər iştirak edib. Onların əksəriyyəti Argentina millisinin formalarını geyinib.
Futbolçu zala daxil olarkən iştirakçılar onu iki dəqiqə alqışlayıblar. Daha sonra Messi İspaniya kral ailəsi ilə rəsmi şam yeməyində iştirak edib.
Qeyd edək ki, Lionel Messi səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, 2023-cü ildən ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir. Karyerası ərzində “Barselona” və PSJ komandalarında da oynayan argentinalı futbolçu 48 titul qazanıb. Onun ən böyük uğurlarından biri 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olmasıdır.
Fatimə
Sfera.az






