Mbappe boykot edildi
Fransalı futbolçu Kilian Mbappe Çinin qurucu lideri Mao Zedunqla bağlı zarafat etdiyi iddia olunan videoya görə iki böyük sponsorunu itirib.
Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə “Real Madrid”in ulduz futbolçusunun üzünün Çin diktatoru hesab edilən bir şəxsin fotosuna montaj edildiyi internet memini gülməli adlandırdığı iddia olunur.
Videonun Çində geniş rezonans doğurmasından sonra iki böyük şirkət onunla əməkdaşlığı dayandırıb.
Çinin iri içki istehsalçılarından "Dongpeng" Mbappe ilə bütün əməkdaşlığını dayandırdığını açıqlayıb. Şirkət qərarını milli hissləri incidən davranışlara qarşı “sıfır tolerantlıq” siyasəti ilə əsaslandırıb. Bundan sonra ölkənin böyük süd məhsulları istehsalçılarından "Mengniu" da futbolçu ilə müqaviləsinə xitam verib.
Çində milyonlarla azarkeşi olan Mbappe qalmaqaldan sonra sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. “Weibo” platformasında şirkətlərin onunla əməkdaşlığı dayandırması ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. İstifadəçilər futbolçunun təsvirlərinin məhsul qablaşdırmalarından çıxarılmasını tələb ediblər.
Mbappe daha əvvəl “L’Équipe” qəzetinə müsahibəsində tarixi diktatorlarla müqayisə edilməsinin xoş olmadığını bildirmişdi. O, belə şəxslərin milyonlarla insanın həyatına səbəb olduğu faciələrə görə bu müqayisələri əyləncəli hesab etmədiyini demişdi.
İradə Elsevər






