Şəmkirdə idarə rəisi vəfat etdi
Kateqoriya məlum deyil
Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib.
Məlumat üçün bildirək ki, Ş. Həsənov uzun illər Şəmkir Rayon Statistika İdarəsinin rəis müavini, son üç ildə isə rəisi vəzifəsində çalışıb (Qafqazinfo).






