ÜST-dən “AstraZeneca” peyvəndi ilə bağlı - AÇIQLAMA

ÜST-dən “AstraZeneca” peyvəndi ilə bağlı - AÇIQLAMA
"Avropa və Birləşmiş Krallıqda "AstraZeneca” COVID-19 peyvəndi vurduran şəxslərdə az miqdarda nadir görülən tromboembolik fəsadlara (aşağı trombositlər olan qan laxtaları) cavab olaraq, ÜST-ün Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsi (GAVCS), Avropa Dərman Agentliyi (EMA) və Birləşmiş Krallığın tənzimləyici qurumu (MHRA) qeydə alınan halların bu peyvənd ilə əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün mövcud bütün məlumatları nəzərdən keçirir”.

Sfera.az xəbər verir ki, bu barədə ÜST-ün yaydığı məlumatda deyilir.

Bildirilib ki, dünən sözügedən qurumlar müvafiq bəyanatlar veriblər:

"Onlar "AstraZeneca” peyvəndinin faydalarının çox nadir qeydə alınan potensial risklərini üstələdiyi qənaətinə gəliblər. ÜST ölkələrə milyonlarla insanın həyatını xilas edən və ağır xəstəliyin qarşısını alan "AstraZeneca” peyvəndi ilə vaksinasiya olunmağa davam etməyi tövsiyə edir”.

Qeyd olunub ki, bu günə qədər 190 milyon dozadan çox "AstraZeneca” peyvəndi tətbiq edilib:

"Trombositopeniya ilə 182 tromboembolik hadisə məruzə edilib. Qeyd edilən hallarla hər hansı bir əlaqə varsa, bu hadisə çox nadirdir və risk olduqca azdır.

Bir sıra ölümcül hallar da bildirilib. Lakin müqayisə üçün qeyd edək ki, 7 aprel 2021-ci il tarixinə olan məlumata əsasən dünyada 2.86 milyon insan COVID-19-dan dünyasını dəyişib və infeksiya artmaqda davam edir.

ÜST potensial olaraq peyvəndin səbəb olduğu və əlavə araşdırma tələb edən hadisələr barədə məlumatları aşkar etmək və riskləri idarə etmək üçün yerli qurumlar və peyvənd istehsalçıları ilə sıx əməkdaşlıq edir.

Təhlükəsizlik bizim əsas prioritetimizdir. ÜST tövsiyələri hazırlamaq və peyvəndlərin təhlükəsiz və effektiv istifadəsini optimallaşdırmaq üçün elmi araşdırmalara əsaslanan məlumatlardan istifadə edir.

Peyvəndlərin istifadəsi ilə bağlı tövsiyələrimizdə hər hansı bir dəyişiklik olarsa, şəffaf və operativ şəkildə ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik”.

OXŞAR XƏBƏRLƏR

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...