SON DƏQİQƏ: Bakıda avtobus yanır - VİDEO
21:45 / 08.05.2020
8360
Bakıda avtobus yanır.
Sfera.az xəbər verir ki, bu barədə baku.ws-ə hadisə şahidləri məlumat veriblər.
Onların sözlərinə görə, hadisə Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında - Təbriz küçəsi 98 ünvanında baş verib.
"Karsan" markalı avtobusun mühərrik hissəsi qəfil alışıb. Avtobus sonuncu dayanacaqda olduğu üçün içərisində sərnişin olmayıb.
Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.