Qulu Məhərrəmliyə yeni VƏZİFƏ VERİLDİ - FOTO
Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri vəzifəsinə seçilib. Sfera.az xəbər verir ki, Q.Məhərrəmli bundan sonra fakültənin “Multimedia və elektron kommunikasiya” (əvvəlki “Televiziya və radio jurnalistikası”) kafedrasına rəhbərlik edəcək. Professor 24 ildir ki, həmin kafedrada çalışır. Qulu Məhərrəmli təkcə məşhur televiziya aparıcısı, “7 gün”, “Təfsilat”, “Gerçəklik”, “Səhər” (AzTV), “Dost məclisi”, “Gündəm” (Xəzər TV),