BMT-də erməni təxribatı – Laçın dəhlizi ilə bağlı müzakirələr kimlərin oyunudur?

BMT-də erməni təxribatı – Laçın dəhlizi ilə bağlı müzakirələr kimlərin oyunudur?

Ermənistan tərəfinin müraciəti əsasında BMT Təhlükəsizlik Şurası Laçın dəhlizi ətrafındakı vəziyyəti  müzakirə edib.

Müzakirədə Rusiya, ABŞ, Böyük Britaniya və Rusiya kimi ölkələrin ermənipərəst mövqe sərgiləməsi isə birmənalı qarşılanmayıb. Belə ki, adıçəkilən ölkələr özündə Azərbaycan tərəfini güzəştə getməyə səsləyən eyhamları ehtiva edən açıqlamalar veriblər.

 

Maraqlıdır, Azərbaycan tərəfinin məsələyə reaksiyası necə olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan millət vəkili Asim Mollazadə BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlərin yekun rəy yaratmadığını deyib. Deputatın sözlərinə görə, bəzi ölkələr müəyyən təsirlər altında belə mövqe sərgiləyib:

 

“Fransanın və bəzi ölkələrin mövqeyi BMT-nin Təhlükəsizlik Şurasının mövqeyi deyil. Səsləndirilən fikirlər Fransanın və erməni diasporasının təsiri altında olan ölkələrin mövqeyidir. İlk olaraq Vardaryanın oyunlarının qarşısı alınmalı, erməni təxribatlarına son qoyulmalıdır. Yeri gəlmişkən, bir sıra maliyyə cinayətləri törətmiş şəxsə qarşı sanksiyaların olmaması da çox ciddi şübhələr yaradır. Fransa və digər ölkələr əslində Vardaryana qarşı addımlar atmalı idilər. Düşünürəm ki, ayrı-ayrı ölkələrin yanlış mövqeləri heç nəyi dəyişdirmir. Azərbaycan öz torpağında hüquqlarını, ətraf-mühiti qorumaq istəyir. Bununla yanaşı, Azərbaycan öz ərazisində yaşayan milli azlıqların da hüquqlarını qorumağa hazırdır. Lakin buna maneə törədən rus və erməni silahlı birləşmələri var”.

 

Millət vəkili bəzi ölkələrin sülh prosesinə əngəl olduğunu da sözlərinə əlavə edib:

 

“Rus sülhməramlıları indi öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirmirlər. Biz hazırda problemlərin danışıqlarla həlli yoluna hazırıq. Lakin ilk olaraq təxribatlara son qoyulmalı, erməni diasporunun təsiri altında olan tərəflərin açıqlamaları dayanmalıdır. Bu cür mövqelərin sərgilənməsi Azərbaycan və Ermənistan arasında sülh prosesinə maneə yaradır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...