Bayden Zelenskinin bu xahişini yerinə yetirəcək? – Rusiyaya şok yaşadacaq addım

Bayden Zelenskinin bu xahişini yerinə yetirəcək? – Rusiyaya şok yaşadacaq addım

ABŞ Konqresi Ağ Evlə birlikdə Rusiyaya “təcavüzkar dövlət” statusunun verilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir.

Sfera.az bildirir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Ağ Evin Ukrayna prezidenti Volodimir Zelenskinin tələb etdiyi kimi Rusiyanı terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil etmək istəməməsi fonunda belə bir statusun verilməsi isə əhəmiyyətlidir. Eyni zamanda vurğulanıb ki,  ABŞ qanunvericiliyində “təcavüzkar dövlət” termini yoxdur və bu da aktın hüquqi cəhətdən hazırlanmasını çətinləşdirir.

 

Məlumata görə, hazırda sənədin mətni Prezident Administrasiyası ilə razılaşdırılır və qanunvericilər onu ən qısa zamanda Konqresə təqdim etmək niyyətindədirlər.

 

“The Hill” qəzeti yazır ki, qanun layihəsi ABŞ prezidentinə Ukraynaya qarşı təcavüz aktında iştirak halında, istənilən xarici dövlətə münasibətdə şəxsən “təcavüzkar dövlət” statusu vermək hüququ verəcək. Bundan əlavə, dövlət başçısı bu cür hərəkətlərdə məsuliyyət daşıyan, iştirak edən və ya iştirakçı olan şəxslərə qarşı sanksiyalar tətbiq edə biləcək.

 

Digər tərəfdən, ABŞ dövlət katibi Entoni Blinken bir müddət əvvəl Co Bayden administrasiyasının Konqresdəki qanunvericilərlə birlikdə Rusiyaya təzyiqləri artırmaq üçün çalışdığını, eyni zamanda Rusiya Federasiyasının terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil edilməsi ilə nəticələnəcək mənfi nəticələrdən qaçdığını söyləyib. Ağ Ev sentyabr ayında vurğulayıb ki, ABŞ administrasiyasının Rusiyanı “terrorizmi himayə edən ölkələr siyahısına daxil etməmək” qərarı qətidir. Rəsmi Kiyev isə Vaşinqtona müraciət edərək Rusiyanın da bura daxil edilməsini istəyib. Oxşar təkliflər Konqresin bir sıra üzvləri tərəfindən də irəli sürülüb.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu təşəbbüsləri “axmaq xarakterli tədbir” adlandıraraq, ABŞ-ın bu cür addımlarının Moskva tərəfindən cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

 

Qeyd edək ki, sözügedən siyahıya Vaşinqtonun fikrincə, “beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş” dövlətlər daxil ola bilər. ABŞ administrasiyası siyahıdakı şəxslərə qarşı sanksiyaların tətbiqi baxımından geniş səlahiyyətlərə malikdir. Həmçinin, ABŞ Maliyyə Nazirliyi həmin hüquqi və fiziki şəxslərə, siyahıda olan ölkələrlə ticarət aparan dövlətlərə qarşı tədbir görə bilər. Siyahıya hazırda İran, Şimali Koreya, Kuba və Suriya daxildir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...