MDB liderlərinin toplantısında nələr müzakirə ediləcək? - Açıqlama

MDB liderlərinin toplantısında nələr müzakirə ediləcək? - Açıqlama

26-27 dekabr tarixlərində Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin qeyri- formal sammitinin keçirilməsi gözlənilir. Sammitin Sankt-Peterburqda təşkil ediləcəyi idia olunur.

Maraqlıdır, BMT-nin Təhlükəsizlik Şurasının iclasından sonra keçiriləcək sammitdə hansı qərarlar qəbul edilə bilər?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Tofiq Abbasov bəzi ölkələrin Azərbaycanı manipulyasiya etmək niyyətində olduğunu deyib:

 

“Laçın yolundan istifadə Azərbaycana maneə yaratmamalıdır. Biz bu yolda problem yaradılmasına, qanunsuz daşınmaların icrasına qarşıyıq. Hazırda ekoaktivistlərin və ictimai birliklərin keçirdiyi aksiyada bu yöndə səslər ucalmaqdadır. Azərbaycan əleyhinə açıqlama verən tərəflər də çox gözəl anlayır ki, əslində Şuşa-Xankəndi yolunda nə baş verir. Lakin məkrli qüvvələr istəyirlər ki, Azərbaycanda manipulyasiya aparsınlar, hadisələri öz istədikləri məcrada yönəltsinlər. Lakin bu, əbəsdir. Çünki Azərbaycanda güclü vətəndaş cəmiyyəti var və məkrli planlar xaosa uğrayacaq”.

 

Ekspert MDB-nin son sammitində Azərbaycan üçün  müsbət fikirlərin səsləndiriləcəyini qeyd edib:

 

"Biz KTMT-nin iclasında müşahidə etdik ki, üzv dövlətlər Ermənistanın tərəfindən çıxış etmədi. Bu mənada MDB-də də Azərbaycana dost olan ölkələrin mövcudluğunu nəzərə alsaq, mənfi yöndə qərarların qəbul olunacağı gözlənilən deyil. Bu sammitin keçirilməsi bizim üçün çox vacibdir. Ümumiyyətlə, bu tip iclasların keçirilməsi, müzakirələrin aparılması yaxşı haldır. Nəticə etibarilə, ölkələrin mövqelərini aydınlaşdırmaq mümkün olur. Bu mənada sammitin nəticələri bizim üçün maraqlıdır. Qeyd edim ki, rus sülhməramlı qüvvələri bir çox problemlər yaradıb, Vardanyan prosesləri gərginləşdirib. Azərbaycan resurslarına zərər dəyib və biz buna sakit baxa bilmirik. MDB liderlərinin ilin sonunda keçiriləcək sammitində bu məsələlərə münasibət bildirilməlidir”.

 

Qeyd edək ki, MDB-yə  Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya və Tacikistan dövlətləri üzvdür.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...