Hesablama Palatası 481,2 milyon manat maliyyə pozuntusu aşkarlayıb
Hesablama Palatası tərəfindən 2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə pozuntularının həcmi məlum olub. Sfera.az xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb. Maliyyə pozuntularının ümumilikdə məbləği 481,2 milyon manat müəyyən edilib. Bunun 131,3 milyon manatı tədbir müəyyən edilmiş məbləğ, 349,9 milyon manatı isə tədbir (bərpa) üçün əsasların müəyyən edilməsi mümkün olmayan vəsaitdir. 131,3 milyon manatdan isə 46,1 milyon