"Azərbaycanda həbs edilən dindarlar deyil, İran casuslarıdır" - Millət vəkili

“Son günlər destruktiv qruplar Azərbaycanda, guya, dindarların kütləvi həbsinin həyata keçirildiyini təbliğ edirlər”.

 

Sfera.az bildirir ki, bunu deputat Ceyhun Məmmədov deyib.

 

Millət vəkilinin sözlərinə görə, hətta bir sıra hallarda ciddi şişirdilmiş rəqəmlər də səsləndirilir:

 

“Əsas məqsəd dindar kontingentin rəğbətini qazanmaq və özlərini onların müdafiəçisi kimi təqdim etməkdir. Bu həm də onu göstərir ki, bütün bu qruplar eyni mənbədən qidalanır və təlimatı eyni yerlərdən alırlar. Böyük ehtimal ölkəmizlə bağlı beynəlxalq təşkilatların hazırladıqları növbəti hesabatlarda da bu məsələ ilə bağlı tənqidi fikirlər yer alacaq. Burada da əsas məqsəd Azərbaycana təzyiqi artırmaqdır”.

 

C.Məmmədov bildirib ki, son günlər Azərbaycanın hüquq mühafizə orqanlarının İranla əlaqədə şübhəli bilinən şəxslərin həbsi istiqamətində bir sıra tədbirlər həyata keçirməsi sırf təhlükəsizlik məqsədilə edilir:

 

“Dünyanın müxtəlif bölgələrində ayrı-ayrı ölkələr zaman-zaman belə tədbirləri təhlükəsizlik məqsədilə həyata keçirirlər.  Həbs olunan şəxslərin sayı, həbs olunma səbəbi və cinayətləri barədə növbəti mərhələdə ictimaiyyətə geniş və ətraflı məlumatın veriləcəyinə heç kimin şübhəsi olmasın”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR