ABŞ-dən sızdırılan sənədlərlə bağlı ADDIM: “Diqqətimiz buna yönəlib”

ABŞ-dən sızdırılan sənədlərlə bağlı ADDIM: “Diqqətimiz buna yönəlib”

ABŞ sızdırılan sənədlərlə bağlı cinayət təhqiqatına başlayıb.

 

Sfera.az bildirir ki, bu barədə müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Kris Miqer məlumat verib. O, Ukrayna savaşı ilə bağlı təxminən 100 sənədin sızmasını ciddi qəbul etdiklərini və araşdırmaların davam etdiyini vurğulayıb.

 

“Məlumatların necə və kimə paylandığını daha yaxından araşdırmaq üçün addımlar atılıb. Çox həssas məxfi materialın yayılması bizim üçün ciddi məsələdir. Ona görə də nazirin və departamentin bütün diqqəti buna yönəlib. Biz bu sənədlərin sosial media saytlarında tirajını nəzərdən keçirir və qiymətləndiririk”, deyə Kris bildirib.  O həmçinin söyləyib ki, sənədlərin onlayn şəkildə sızdırılması milli təhlükəsizlik üçün risk yaradır və dezinformasiya yaymaq potensialına malikdir”.

 

Qeyd edək ki, ötən həftə ABŞ Müdafiə Nazirliyi və NATO-nun Ukrayna hücumunun hazırlanmasına dair məxfi sənədlərinin şəkilləri tviter və teleqrama sızdırılmışdı.

 

Türkan


OXŞAR XƏBƏRLƏR