Logo

Erməni deputat az qala əsgərlərimizə əsir düşürmüş - ÖZÜ DANIŞDI

Erməni deputat az qala əsgərlərimizə əsir düşürmüş - ÖZÜ DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Mən də azərbaycanlılara əsir düşə bilərdim. Çünki sərhəd yoxdur. Kornidzorda hamısını gözümlə gördüm. Orada mən duran yerdən təsadüfən bir neçə yüz metr aralıda azərbaycanlılar vardı. Kənd camaatı mənə irəli getməməyi tövsiyə etdi, çünki əsir düşmək riski var idi”.

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin “Hayastan” blokundan olan deputatı Qarnik Danielyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılar artıq Tex kəndində məskunlaşıblar (erməni siyasətçi həyasızlıqla ordu mövqelərimizin yerləşdiyi yeri “Ermənistanın suveren ərazisi” adlandırır - red.).

“Əsgərlərimiz orada yox idi. Onların harada olması ilə bağlı suala səlahiyyətli orqanlar cavab verməlidir, lakin onlar düz-əməlli heç nə demirlər. Bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir. Mən özüm də parlamentin tribunasından bu məsələləri qaldırmışam, lakin hakimiyyət buna cavab olaraq qeyri-adekvat davranış nümayiş etdirir, təxribat törədir və qarşıdurma təşkil edir”, - deyə erməni deputat bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR