Ukrayna əks-hücum əməliyyatlarına BAŞLADI: “Vəziyyət dəyişə bilər”
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində tutduqları bəzi mövqeləri tərk edib. Onun sözlərinə görə, Baxmutda Rusiyanın çoxsaylı hücumlarının qarşısı alınıb, sözügedən istiqamətdə qarşı tərəfin 10 hərbçisi əsir götürülüb. Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, vəziyyət general Sırskinin dediyi kimidirsə, yəni Rusiya müəyyən mövqelərdən geri