Ukrayna əks-hücum əməliyyatlarına BAŞLADI: “Vəziyyət dəyişə bilər”

Ukrayna əks-hücum əməliyyatlarına BAŞLADI: “Vəziyyət dəyişə bilər”

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski  bildirib ki, Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində tutduqları bəzi mövqeləri tərk edib. Onun sözlərinə görə, Baxmutda Rusiyanın çoxsaylı hücumlarının qarşısı alınıb, sözügedən istiqamətdə qarşı tərəfin 10 hərbçisi əsir götürülüb. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, vəziyyət general Sırskinin dediyi kimidirsə, yəni Rusiya müəyyən mövqelərdən geri çəkilibsə, Ukrayna Silahlı Qüvvələri uzun müddətdir anonsunu verdiyi əks-hücum əməliyyatlarına artıq başlayıb:

 

“Əks- hücum əməliyyatlarının Baxmutdan başlanması gözlənilən idi. Əslində bu, hərbi zərurətdir. Çünki Rusiya qoşunları Baxmutda tədricən möhkəmlənirdi. Əks- hücum əməliyyatları gecikəcəyi halda, Ukrayna gələcəkdə daha böyük çətinliklərlə üzləşə bilər.Əlbəttə, əsir götürülən hərbçilər də kəşfiyyat məlumatlarının öyrənilməsi baxımından Ukrayna üçün kifayət qədər əhəmiyyətlidir”.

 

Müsahibimiz qeyd edib ki, yaxın günlərdə Baxmutdakı əks-hücum əməliyyatlarının davamı gələcək və rus qoşunları şəhərdən tədricən sıxışdırılacaq:

 

"Əslində təxminən 9 aydır ki, Baxmutda gərgin döyüşlər gedir.  Bu şəhər hər iki tərəf üçün nəinki strateji, həm də psixoloji əhəmiyyətlidir. Rusiyanın uzun müddət Baxmut uğrunda mübarizə aparması təsadüfi deyil. Çünki Baxmuta tam nəzarət təmin olunarsa, Rusiya Donetsk vilayətində üstünlüyü ələ alacaq. Bu isə Rusiya Silahlı Qüvvələrinin xüsusilə cənub istiqamətində irəliləyişinə şərait yaradacaq. Bundan başqa, Rusiya Baxmutu ələ keçirərsə, Ukrayna xalqında və ordusunda ruh düşkünlüyü yaranacaq. Ukrayna ordusu bunu bilir, ona görə də mübarizə aparır”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...