\"Gürcüstanın NATO-ya üzvlüyü Rusiyaya...\" - Salome Zurabişvili
“Qərb tərəfdaşları başa düşməlidirlər ki, qətiyyətli qərarlar qəbul etmək vaxtıdır və tərəddüd edilməməlidir. Rusiyaya cavabımız aydın və vahid olmalıdır”.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.
O, Gürcüstanın NATO-ya üzvlüyünün Rusiyaya aydın cavab olacağını vurğulayıb. Zurabişvilinin fikrincə, Rusiyanın Ukraynanı işğalı “bütün dünya və xüsusən də Avropa qitəsi üçün təhlükənin miqyasının yenidən dərk edilməsinə səbəb oldu”.
O qeyd edib ki, Gürcüstan üçün yeni geosiyasi vəziyyət digər məsələlərlə yanaşı, ölkə hakimiyyətinin sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə etməli olması deməkdir.
“Biz Atlantik Alyansa inteqrasiya yolumuzu gücləndirmək üçün səylərimizi əsirgəməməliyik. Vilnüs sammitinin bu baxımdan mühüm hadisə olacağına ümid etmək qalır”, - Gürcüstan prezidenti bildirib.
İnci