Deputatdan diplomatik nümayəndəliklərə ÇAĞIRIŞ: "Xüsusi tədbir görülməlidir"

Deputatdan diplomatik nümayəndəliklərə ÇAĞIRIŞ:

"Ermənistan ölkəmizə qarşı mina terrorunu sistemli şəkildə davam etdirir. Ötən əsrin 90-cı illərindən bu yana 3300 vətəndaşımız mina terrorunun qurbanı olub".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşir bildirib.

 

Millət vəkili diplomatik nümayəndəliklərə çağırış edib:


"Təkcə ötən həftə 4 vətəndaşımız minanın qurbanı olub. Bütün bunlar göstərir ki, Ermənistan sülhə qarşı laqeydlik göstərir. Aprelin 28-i erməni terroru 3 Azərbaycan vətəndaşının həyatına son qoydu.  Bu məsələyə ölkəmizdəki səfirliklərin bir çoxu reaksiya verdi. Bu gün də biz analoji yanaşmanı görürük. Ermənistanın mina terroru nəticəsində Azərbaycan vətəndaşları həyatını itiridiyi halda çağırış olmalıdır ki, mina terroru kim tərəfindən törədilib. Buna görə Azərbaycanın diplomatik nümayəndələrinə çağırış etmək lazımdır. Hesab edirəm ki beynəlxalq təşkilatların mina terroruna qarşı fəaliyyət göstərmək istəyi varsa, Ermənistana qarşı xüsusi tədbir görülməlidir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...