Paşinyanın yersiz replikaları həm də Avrasiya İqtisadi Şurasına münasibət idi
Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında xüsusi qonaq qismində iştirakı təsadüfi deyildi. Məlumdur ki, Azərbaycan ikitərəfli formatda, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur. Bu mənada Azərbaycanın bütün təşkilatlarda olduğu kimi, Avrasiya İqtisadi Şurası üçün də cəlbediciliyi var. Ermənistan isə